Avtosfer saytına istinadən ain.az xəbər verir.
Paytaxtın Atatürk prospektində kobud qayda pozan sürücülər avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 1-də saat 23:45 radələrində baş verib.
Videodan görünür ki, “Hyundai” və “Opel” markalı avtomobillərin sürücüləri qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıblar. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü sağ zolaqda hərəkətdə olduğu üçün qəza riskindən yan keçib.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
Nərmin
Oxunub 196
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.