ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
İspaniyada da 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrə girişi qadağan edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez bildirib.
Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edən Baş nazir Sançez 16 yaşdan kiçik uşaqların sosial şəbəkə saytlarına girişini qadağan edəcəklərini və rəqəmsal platformalar üzərində nəzarəti artırmaq və administratorlarını bu şəbəkələrdəki pozuntulara görə məsuliyyətə cəlb etmək üçün digər tədbirlər görəcəklərini açıqlayıb.
Rəqəmsal platformaları sağlam bir məkana çevirməyin çox vacib olduğunu qeyd edən Sançez, sosial şəbəkə saytlarının nəzarətlərini artırmalı və uşaqların girişinin qarşısını almaq üçün tədbirlər görməli olduqlarını söyləyib.
İspaniyanın Baş naziri həmçinin sosial şəbəkə saytlarında nifrət və ayrı-seçkilik xarakterli çıxışlara qarşı monitorinq sisteminin yaradılacağını vurğulayıb.
İspaniyanın sosial media platformalarının daha sərt, daha sürətli və daha təsirli tənzimlənməsi üçün əlaqələndirilmiş və effektiv şəkildə irəliləmək üçün beş Avropa ölkəsi ilə birlikdə yaradılan "Rəqəmsal Hazırlıq Koalisiyası"na qoşulacağını açıqlayan Sançez, ilk görüşün yaxın günlərdə baş tutacağını bildirib.
İbrahim Cəfərov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.