Bakı. Trend:
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi(KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmisəhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdiribaşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyatkeçirib.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, əməliyyat-texniki tədbirlər zamanı bir qrupzərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul vəvasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamıolaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraqkiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmamİşməmmədov saxlanılıblar.
Müəyyən edilib ki, bu şəxslərin yaratdıqları fişinqsəhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinəaldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların realolduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraqmüraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələbolunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarınıK.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kartməlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqlaonların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar“izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazinooyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar.Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktlabağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədovcinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarıilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bukimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziyaverilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəlişəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatlarıgöndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isədərhal bu barədə polisə məlumat verilməlidir.