AZ

Azərbaycan bankları 2021-ci ildən bəri ən əhəmiyyətli irəliləyiş nümayiş etdiriblər - "Fitch"

Bakı. Trend:

Azərbaycanda banklar 2021-ci ildən bəri göstəricilərin ənnəzərəçarpan yaxşılaşmasını nümayiş etdiriblər. Buna millivalyutada daha detallı kreditləşməyə keçid və borcalanların ödəməqabiliyyəti üzrə meyarların sərtləşdirilməsi təsir göstərib.

Trend bu barədə“Fitch Ratings”ə istinadən xəbər verir.

“Fitch”in qiymətləndirməsinə əsasən, aktivlərin “irsi”keyfiyyəti ilə bağlı risklərin azalması ölkənin bank sektorunungəlirliliyini dəstəkləyib: “Kreditləşmənin sürətli artımı vədividendlərin ödənilməsi kapital buferlərinin azalmasına səbəbolub, lakin agentlik 2026-cı ildə kapitallaşma səviyyəsininümumilikdə sabit qalacağını gözləyir. Buna kifayət qədər gəlirlilikvə aktivlərin mülayim artımı töhfə verəcək”,-deyə proqnozdadeyilir.

Qeyd olunur ki, Azərbaycanda xarici valyutada kreditlərin payıaşağı səviyyədə qalıb və 2025-ci ilin doqquz ayının sonuna 14%təşkil edib. Bu, Azərbaycan manatının ABŞ dollarına faktikibağlılığı və valyuta kreditləşməsi üzrə sərt qaydalarlaşərtlənir.

“Azərbaycan banklarının reytinqləri suveren səviyyədən(BBB-/‘sabit’ proqnoz) aşağıdır ki, bu da agentliyin banklarınmüstəqil maliyyə profilləri və əməliyyat mühitinə (bb-/sabit)verdiyi qiymətləndirməni əks etdirir. Tənzimləmənin gücləndirilməsivə dayanıqlı maliyyə göstəriciləri Azərbaycanda banklarınreytinqlərinin yüksəlməsinə şərait yarada bilər”, – deyə “Fitch”inhesabatında bildirilir.

Məqalədə:
Seçilən
23
3
az.trend.az

4Mənbələr