Tarixin səhifələrində 3 fevrala keçid edirik.
Hit.az xəbər verir ki, bu gün də tarixdə unudulmaz hadisələrlə yadda qalıb.
Bir sıra mühüm hadisələr baş verib, ölkəmizdə və dünyada tanınmış şəxslər doğulub və ya aramızdan ayrılıb. Qısacası, 3 fevral da dünyada iz qoyan tarixlər sırasındadır. Bəs bu tarixdə nələr yaşanıb? Gəlin, birlikdə xatırlayaq...
3 fevralda nə baş verib?
Bu tarixdə idmanla bağlı bir sıra mühüm hadisələr yaşanıb. 1908-ci ildə Yunanıstanın “Panatinaykos” futbol klubu yaranıb. 1972-ci ildə isə XI Qış Olimpiya Oyunları Sapporoda keçirilib. 1996-cı ildə CAR milli futbol komandası Afrika Millətlər Kubokunda çempion olub.
3 fevralda doğulanlar:
1969-cu ildə Azərbaycanın Milli Qəhrəmanı, I Qarabağ müharibəsi şəhidi Bəylər Ağayev, 1941-ci ildə Milli Məclisin I, II, III, IV və V çağırış deputatı Arif Rəhimzadə, 1958-ci ildə keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov, 1973-cü ildə mayor İlqar Quliyev, 1995-ci ildə isə futbolçu Namiq Ələsgərov dünyaya gəlib.
Dünyada isə bu tarixdə 1824-cü ildə amerikalı səyyah Renald Makdonald, 1830-cu ildə Böyük Britaniya baş naziri Robert Solsberi, 1959-cu ildə türk rejissor Fərzan Özpətək, 1960-cı ildə , Almaniya futbolçusu və baş məşqçisi, dünya çempionu Yoahim Löv, 1980-ci ildə qazaxıstanlı ictimai xadim Aliya Nazarbayeva, 1985-ci ildə ukraynalı futbolçu Aleksandr Əliyev doğulub.
3 fevralda vəfat edənlər:
1982-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü Məhəmməd Əli Rəsulzadə, 1990-cı ildə aktyor Hamlet Xanızadə, 1994-cü ildə müğənni Rauf Atakişiyev, 2002-ci ildə isə təyyarəçi, professor Məzahir Abasov dünyasını dəyişib.
Dünyada 1451-ci ildə Osmanlı sultanı II Murad, 1924-cü ildə ABŞ-nin 28-ci prezidenti Vudro Vilson, 2005-ci ildə Gürcüstan baş naziri Zurab Jvaniya, 2011-ci ildə isə fransız aktrisa Mariya Şnayder vəfat edib.
Pərviz