AZ

ABŞ-İran danışıqlarının detalları açıqlandı

İstanbulda keçiriləcək İran-ABŞ danışıqlarında Prezident Donald Trampın xüsusi elçisi və kürəkəni Cared Kuşner, eləcə də altı regional ölkənin xarici işlər nazirləri iştirak edəcəklər.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "The Washington Post" qəzeti məlumat verib.

Məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Stiv Uitkoff rəhbərlik edəcək. Regional iştirakçılar arasında Türkiyə, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman və Pakistan xarici işlər nazirlərinin olması gözlənilir.
 


 

"The Washington Post" qeyd edir ki, belə yüksək səviyyədə iştirak ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqlara yol aça bilər. Regional rəsmilərdən biri bildirib ki, Kuşnerin və digər ölkələrin nazirlərinin iştirakı dialoqun formatının və məzmununun genişləndirilməsində mühüm rol oynaya bilər.

Eyni zamanda, mənbənin sözlərinə görə, regional ölkələrin məqsədi danışıqları yalnız nüvə məsələləri ilə məhdudlaşdırmaqdır.

 


Seçilən
8
7news.az

1Mənbələr