“Atletiko” yarımmüdafiəsini gücləndirdi
İdmanxeber.az-ın məlumatına görə, La Liqa klubu “Elçe”dən 20 yaşlı Rodriqo Mendosanı heyətinə qatıb.
Gənc futbolçu üçün 16 milyon avro təzminat ödənilib və 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Rodriqo bu mövsüm 20 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.