AZ

"Qarabağ"ın rəqibi transfer etməyə pul tapmayıb?

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Nyukasl”ın baş məşqçi Eddi Hau qış transfer pəncərəsində klubun yeni futbolçu almamasına münasibət bildirib.

Publika.az xəbər verir ki, mütəxəssis klubun maliyyə baxımından məhdud büdcəyə malik olduğunu deyib. Onun sözlərinə görə, “Nyukasl”a müdafiə xəttinə dərhal və münasib qiymətə güclənmə lazım idi, lakin gəlib komandaya dərhal və zəmanətli şəkildə fayda verəcək oyunçu tapılmayıb.

“Vəziyyət nədirsə, odur. Biz çoxdan belə şəraitdə işləməyə öyrəşmişik. Məhdudiyyətlər altındayıq və yay transfer pəncərəsini gözləməyə qərar verdik. Yayda futbolçu transfer etmək daha asan olur və qiymət-keyfiyyət nisbəti də daha sərfəlidir”, - deyə Hau açıqlamasında bildirib.

24 turdan sonra “Nyukasl” İngiltərə Premyer Liqasının turnir cədvəlində 33 xalla 11-ci pillədə qərarlaşıb.

Seçilən
9
publika.az

1Mənbələr