AZ

"Gəncİntellekt"in iştirakçısı: Belə yarışların təşkili çox önəmlidir VİDEO

Bakı, 3 fevral, Günel Türksoy, AZƏRTAC

Yarışa qatılmaqda məqsədim intellektual biliklərimi sınamaqdır. Eyni zamanda, intellektual mühitdə özümdən daha təcrübəli oyunçuları tanımaq, gələcəkdə öz üzərimdə daha yaxşı çalışıb inkişaf etməkdir. Hesab edirəm ki, belə yarışların təşkili gənclərin intellektual inkişafı baxımından, həmçinin sosial həyatının şaxələndirilməsi üçün çox önəmlidir. Buna görə də təşkilatçılığa görə Gənclər Fonduna, suallara görə isə müəlliflərə minnətdarlığımı bildirirəm.

Bunu AZƏRTAC-a açıqlamasında 211 nömrəli tam orta məktəbin şagirdi və "Gəncİntellekt" yarışmasının iştirakçısı Turqut Nəhmədli deyib.

O, belə yarışların təşkilinin daha geniş vüsət alacağına ümidvar olduğunu qeyd edib: "Suallar içərisində bildiklərim və bilmədiklərim var idi. Yeni faktları yadda saxlamaq mənim üçün önəm kəsb edir. Eyni zamanda, bildiyim məqamlardan düzgün, yerində yararlanmaq, taktikalar tətbiq etməyin gələcəkdə mənə kömək edəcəyinə inanıram. Yarışda məndən qat-qat təcrübəli və bilikli oyunçular var. Buna görə də fərdi şəkildə əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".

O, birinci qrupa hazırlaşdığını və məqsədinin xaricdə informasiya texnologiyaları sahəsində təhsil almaq olduğunu qeyd edib: "Ümid edirəm ki, informasiya texnologiyaları sahəsində özümü təkmilləşdirib Azərbaycanda müxtəlif sahələrdə, həmçinin intellektual sferada müxtəlif dəyişikliklər etməyə nail olaram".

Seçilən
23
azertag.az

1Mənbələr