"Beşiktaş" heyətini "Göztepe"dən Junior Olaytanla gücləndirəcək.
Offsideplus.az xəbər verir ki, klublar 5+1 milyon avroya razılığa gəliblər.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Beninli futbolçu ötən ilin yayında "Göztepe"yə qoşulmuşdu.
O, cari mövsüm 18 oyunda 2 qol vurmağı bacarıb.
23 yaşlı futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.