2026-cı ilin yanvar ayında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 5 milyard 294 milyon 960 min manat təşkil edib.
“APA-Economics” BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 48.6% azdır.
Ümumilikdə, hesabat dövründə kapital bazarında 1811 əqd bağlanıb.