AZ

Fransa Londonla razılaşmır - Kiyev üçün müqavilə qalmaqal yaratdı

Fransa Londonun Kiyev üçün Aİ hərbi müqavilələrinə girişinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Telegraph" qəzeti məlumat yayıb.

Bildirilir ki, Fransa Britaniyanın müqavilələrdə iştirakını bloklayıb, çünki vəsaitin Avropa İttifaqı daxilində silah sənayesinin inkişafına yönəldilməsini istəyir.

"Aİ diplomatı nəşrə bildirib ki, Fransa iştirak müqabilində layihəyə Britaniyanın mümkün qədər yüksək töhfə verməsində israr edir", - deyə mənbə vurğulayıb.

Qeyd olunur ki, 2025-ci ilin noyabr ayında Böyük Britaniya Avropa Birliyinin büdcəsindən ümumi müdafiə fonduna 6,75 milyard avro ayırmaq tələbinə əməl etməyi rədd etmişdi. Lakin 2026-cı ilin yanvar ayının sonunda əks məlumatlar ortaya çıxıb.

Seçilən
7
publika.az

1Mənbələr