AZ

Bu qışın ən bahalı beş transferi

ain.az bildirir, sport24.az portalına istinadən.

Avropada qış transfer dönəminin ən bahalı keçidləri İngiltərə klubları ilə bağlı oldu. Sport24.az xəbər verir ki, ilk pillədə "Bornmut"un yarımmüdafiəçisi Antuan Semenyonun "Mançester Siti"yə keçidi yer alıb. Bu transfer "şəhərlilər"ə 72 milyon avroya başa gəlib.

İkinci yerdə Yörgen Strand Larsen qərarlaşıb. "Kristal Pelas" yarımmüdafiəçiyə görə "Vulverhampton"a 49,7 milyon avro ödəyib. Üçüncü ən bahalı transfer isə "Vest Hem"i Braziliya "Flamenqo"suna dəyişən Lukas Paketanın adı ilə bağlıdır. Braziliyalılar yarımmüdafiəçini "rənglərinə bağlamaq" üçün 42 milyon xərcləyib.

Dördüncü yerdə yarımmüdafiəçi Konor Qallagerin Madrid "Atletiko"sundan "Tottenhem"ə transferi gəlir. İngilislərə futbolçu üçün ispaniya klubuna 40 milyon avro ödəyib. Bu qışın ən bahalı qış transferlərinin ilk "beşliy"ini 40 milyon avro qarşılığında "Tottenhem"i "Kristal Pelas" dəyişən Brennan Conson tamamlayır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sport24.az

1Mənbələr