AZ

Kobaxidze beynəlxalq sammitdə Orta dəhlizin önəmindən danışdı



Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dubayda keçirilən Dünya Hökumət Sammitində Orta Dəhlizin önəmindən danışaraq, onu bu gərgin dövrdə ən sabit marşrut kimi xarakterizə edib.

Gürcüstanın Baş naziri bildirib ki, Orta Dəhliz etibarlı bir marşrutdur və istifadə edildikdə geosiyasi fikir ayrılıqlarını həll edir ki, bu da bu günlərdə nadir haldır.

Gürcüstan hökumətinin başçısı ənənəvi marşrutların etibarlılığının sual altında olduğu bir vaxtda alternativ marşrutların zəruriliyini qeyd edib.

Qeyd edək ki, Orta dəhlizin təhlükəsizliyi həm də üzərindən keçdiyi ən önəmli tranzit ölkələrdən biri - Azərbaycanın sabit və təhlükəsiz ölkə olması ilə şərtlənir.

SAMİRƏ

Seçilən
0
baki-xeber.com

1Mənbələr