AZ

Hörmüz boğazında ticarət gəmisi mühasirəyə alınıb  

Bu gün Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında hadisə baş verdiyini açıqlayıb.

Sitat.info-nun Fars News-a istinadən məlumatına görə, Omanın şimalından təxminən 16 dəniz mili məsafədə bir neçə silahlı gəmi bir ticarət gəmisini mühasirəyə alaraq dayanmağı tələb edib.

Agentliyin bildirdiyinə görə, hədəf alınan gəmi əmrlərə məhəl qoymayaraq öz planlaşdırılmış marşrutu ilə yoluna davam edib. Hazırda UKMTO tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. Hələlik gəminin hansı ölkə aid olduğu açıqlanmayıb.

Bəyanatda vurğulanıb ki, Hörmüz boğazı ətrafından keçən gəmilərə ciddi ehtiyatla hərəkət etmələri, şübhəli fəaliyyətlə rastlaşdıqda isə dərhal UKMTO-ya məlumat vermələri tövsiyə olunur.

Aytac,

Sitat.info 

 

Seçilən
11
1
sitat.info

2Mənbələr