AZ

Deputat Azərbaycanda gənclərin məşğulluq və təhsil göstəricilərini AÇIQLAYIB

Azərbaycanda 10 milyon 224 min əhalinin 2 milyon 300 mini 14–29 yaş aralığında olan gənclərdir və onların 5,3 faizi işsizdir. Gənclər arasında işsizlik səviyyəsi kişilərdə 4,6 faiz, qadınlarda isə 6,1 faiz təşkil edir.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, hazırda 2726 gənc fəlsəfə doktoru, 578 nəfər isə elmlər doktoru dərəcəsi almaq üçün təhsilini davam etdirir, həmçinin 1111 nəfər xarici ölkələrdə dövlət xətti ilə təhsil alır:

"Bu göstəricilər gənclərin təhsilə marağının artdığını və cəmiyyətin inkişafında daha fəal iştirak etdiyini göstərir".

Seçilən
10
qht.az

1Mənbələr