AZ

Kernel mağazasında oğurluq

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakının Nizami rayonunda fəaliyyət göstərən "Kernel" mağazasında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo-nun əldə etydiyi məlumata görə, mağazanın saxlanc yerindən 535 manat oğurlanıb. 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra oğurluq cinayətini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Həmin şəxs saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb. 

Bu baxımdan, ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilib.  Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə baxılıb. 

Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 26 gün  müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
qaynarinfo.az

1Mənbələr