Nəsimi rayonu ərazisində yerləşən kafelərin birindən oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxslər kafenin arxa hissəsində yerləşən pəncərədən içəri daxil olaraq 160 manat pul və 400 manat dəyərində 2 mobil telefon oğurlayıblar.
"Unikal" xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Fərzəliyev və E.Qasımov müəyyən edilərək saxlanılıblar. Onların taladıqları telefonları satdıqları məlum olub.
Araşdırma aparılır.