AZ

ABŞ qorxusu: Rusiya Çindən kömək istəyib?

Kremlin təbliğatçısı Vladimir Solovyov ABŞ-ın Rusiyanın “kölgə donanması” adlandırılan gəmilərini ələ keçirməsini şərh edərkən faktiki olaraq Moskvanın hərbi acizliyini etiraf edib və Çindən kömək istəyib.

KONKRET.az xəbər verir ki, bu açıqlama “Rossiya 1” dövlət telekanalında yayımlanan “Vladimir Solovyovla Axşam” proqramının efirində səsləndirilib.

Solovyov Pekinlə Rusiya tankerilərinin hərbi müşayiəti barədə razılaşmağı təklif edib. O bildirib ki, Rusiya gəmiləri təqdim edə bilər, Çin isə mühafizə və müdafiəni üzərinə götürməlidir. Onun sözlərinə görə, belə bir qarşıdurma halında ABŞ guya eyni anda iki nüvə dövləti ilə üz-üzə qalmalı olardı.

Bundan əlavə, təbliğatçı Rusiyanın bu sahədə ciddi problemləri olduğunu etiraf edərək Çini kosmik kəşfiyyat sahəsində dəstək verməyə çağırıb. O, həmçinin Pekinlə hərbi-iqtisadi və strateji əməkdaşlığın daha da dərinləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr