AZ

Ürək sağlamlığı üçün gündəlik bu qidaları qəbul edin

Ürək-damar sağlamlığının qorunmasında düzgün qidalanma mühüm rol oynayır.

 

Pravda.az bildirir ki, bəzi qidaların hər gün süfrədə yer alması xolesterinin balansda saxlanmasına və ürəyin daha sağlam işləməsinə kömək edir.

 

Tövsiyə olunan əsas qidalar sırasında yulaf və arpa kimi liflə zəngin taxıllar, mərci və digər paxlalılar, omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıqlar, qoz və badam kimi çərəzlər, avokado və zeytun yağı yer alır. Eyni zamanda alma başda olmaqla müxtəlif meyvələr və yaşıl yarpaqlı tərəvəzlərin müntəzəm istehlakı da faydalı hesab olunur.

 

Mütəxəssislər qeyd edirlər ki, bitki mənşəli liflər və sağlam yağlar “pis” xolesterinin azalmasına, ümumi ürək sağlamlığının isə güclənməsinə müsbət təsir göstərir. Gündəlik rasionda bu qidalara üstünlük verilməsi ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 3 Fevral 2026, 15:44   
Seçilən
17
pravda.az

1Mənbələr