AZ

Moskva: “Rusiya tərəfindən heç bir demarş olmayacaq”

AzVision.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında belə deyib.

“Biz lazım olan hər şeyi əvvəllər, vaxtında, əvvəlcədən etmişik. Bu addımların hamısını nəzərdən keçirmək üçün onların kifayət qədər vaxtları var idi. Amma cavabın olmamasının özü dəcavabdır”, - rusiyalı diplomat vurğulayıb.

Kommersant: “Tramp SHSM-nin bitəcəyindən narahat deyil”
Yanvarın 15-də Rusiya prezidenti Vladimir Putin Moskvanın fevralın 5-də başa çatdıqdan sonra döyüş başlıqları və onların daşınma vasitələri ilə bağlıSHSM-ninkəmiyyət məhdudiyyətlərinə daha bir il riayət etməyə hazır olduğunu açıqlayıb.

Yanvarın 29-da isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın SHSM-in müddətinin uzadılması ilə bağlı Vaşinqtondan cavab almadığını bildirib.

O, ABŞ prezidenti Donald Trampın sənədin müddəti bitdikdən sonra yeni, “daha yaxşı” müqavilənin bağlanacağı barədə bəyanatını xatırladıb. Kremlin sözçüsü qeyd edib ki, yeni saziş layihəsinin hazırlanması “uzun və mürəkkəb” proses olacaq və bu sahədə hüquqi-müqavilə çatışmazlığı riski var.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
18
1
azvision.az

2Mənbələr