AZ

Bu ərazidə yolun bir hissəsi qazılıb, nişan yerinə isə daş qoyulub VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zabrat–Maştağa yolunun sağ zolağı istifadəyə yararsız vəziyyətə düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına video göndərərək məlumat verib. 

Görüntüdən aydın olur ki, yolun bir hissəsi qazılıb, lakin hələ də bərpa edilməyib. Sürücüləri xəbərdar etmək üçün yol nişanı belə qoyulmayıb, onun yerinə daş yerləşdirilib. 

Şikayətçinin sözlərinə görə, yolun bu vəziyyəti, xüsusilə əraziyə bələd olmayan sürücülər üçün həm təhlükə, həm də avtomobillərə maddi ziyan riski yaradır.

Xüsusilə günün qaranlıq saatlarında qəza ehtimalı daha da artır.

Nərmin

Oxunub 386

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr