AZ

Rütte: HHM üçün raketlərin 90%-i PURL proqramı çərçivəsində Ukraynaya çatdırılıb

NATO-nun Baş katibi Mark Rütte bildirib ki, HHM üçün raketlərin 90%-i PURL proqramı çərçivəsində Ukraynaya çatdırılıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, o bu barədə Kiyevdə Ali Radanın 15-ci sessiyasının açılışında bildirib.

"Ötən yay biz Ukraynaya verilən bütün raketlərin 75 faizini, HHM üçün olanların 90 faizini təmin etdik", - o "Rada" telekanalının yayımladığı və Ukrayna dilinə tərcümə etdiyi çıxışı zamanı deyib.

Baş katib həmçinin qeyd edib ki, NATO Ukraynanı dəstəkləməyə və Rusiyaya təzyiqi artırmağa davam edəcək:

"Hörmətli Rada deputatları, bu müharibəyə son qoymaq üçün səy göstərən güclü komanda və Ukrayna Prezidenti Volodimir Zelenski: əmin olun ki, NATO Ukraynanın yanındadır və bunu növbəti illərdə də etməyə hazırdır. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir. Sizin sülhünüz bizim sülhümüzdür. Slhh ədalətli və uzunmüddətli olmalıdır ki, Ukrayna güclü və azad olsun, Rusiya isə bilsin ki, bu reallıq hələ uzun müddət dəyişməyəcək".

Rütte zəmanət verib ki, NATO Rusiyaya təzyiq göstərməyə və Ukraynaya dəstək verməyə davam edəcək.

PURL (Prioritized Ukraine Requirements List) - Ukraynaya müasir silah sistemlərinin operativ alınması və tədarükü üçün başladılan ABŞ və NATO-nun birgə proqramıdır.

Seçilən
0
far.az

1Mənbələr