AZ

AQTA yanında İctimai Şuraya sədr seçildi

UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti Mehriban Məhərrəmova Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında fəaliyyət göstərən İctimai Şuranın sədri vəzifəsinə seçilib.

"Unikal" xəbər verir ki, UNEC-in rəsmi nümayəndəsi kimi bu məsuliyyətli missiyanı öz üzərinə götürən Mehriban Məhərrəmova şuranın sədri qismində Agentliyin fəaliyyətində şəffaflığın artırılması və qida təhlükəsizliyi sahəsində effektiv ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər aparacaq. O, dövlət siyasətinin formalaşdırılması və mühüm qərarların qəbulu zamanı ictimai rəyin birbaşa nəzərə alınmasına, habelə dövlət orqanı ilə ictimaiyyət arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yeni müstəviyə qaldırılmasına rəhbərlik edəcəkdir.

"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fəaliyyət göstərən İctimai Şuraya sədrliyin Mehriban Məhərrəmovaya etibar edilməsi onun zəngin akademik və peşəkar təcrübəsindən qaynaqlanır. M.Məhərrəmova UNEC-in “Qida məhsulları texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışıb. Hazırda isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti və “Qida mühəndisliyi” ixtisasının rəhbəridir. O, həmçinin AQTİ-nin Elm Komitəsinin üzvüdür.

Qida sahəsi üzrə elmi fəaliyyəti ilə seçilən dosent 60-dan artıq elmi məqalənin, 6 tədris vəsaitinin və 9 tədris proqramının müəllifidir. Onun “Mikrobiologiya, sanitariya və gigiyena” dərsliyi, habelə “Qida fiziologiyası” üzrə metodik vəsaitləri ölkəmizdə bu sahədə peşəkar kadr hazırlığı üçün fundamental elmi mənbələr hesab olunur.

Seçilən
8
9
unikal.az

10Mənbələr