AZ

Bakıda pəncərədən girərək 2300 manatlıq qızıl oğurlayan şəxs tutuldu (VİDEO)

Bakı.Trend:

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib. Naməlumşəxs evlərdən birinin pəncərəsindən içəri daxil olaraq 2300 manatdəyərində qızıl-zinət əşyalarını talayıb.

Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən,əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Murad Elyasovsaxlanılıb. Araşdırmalarla məlum olub ki, o, hadisənin baş verdiyiərazidə bir müddət müşahidə aparıb və evlərdən birində sakinlərinolmadığını görərək pəncərədən içəri daxil olub. Oğurluğutörətdikdən sonra isə qızıl-zinət əşyalarını zərgərlikmağazalarının birinə apararaq satıb. Onun taladığı evə giriş-çıxışanı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
8
27
az.trend.az

10Mənbələr