AZ

Peskov bu dəfə siyasətdən deyil, qarlı havadan danışdı

"Moskvada müşahidə olunan hava qış üçün qeyri-adi hal deyil və iqlim norması daxilindədir".

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O əlavə edib ki, son illər müşahidə olunan və qışın isti keçməsi səbəbindən paytaxt sakinlərinin havanın həddindən artıq soyuq olduğu barədə yanlış təsəvvürləri var.

“Moskvada normal qış şaxtası yaşanır. Biz sadəcə ötən il və ondan əvvəlki ildə yaşanan qeyri-adi isti qışa öyrəşmişik”, - Peskov bildirib.

QAZİLER.AZ

Seçilən
7
qaziler.az

1Mənbələr