AZ

Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edib

Şirkətbuildahabirqruptələbəyə təqaüdtəqdimedəcək

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC gənc istedadların inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Tələbə Təqaüdü Proqramı”na qeydiyyatı açıq elan edir.

Aznews.az xəbər verir ki, Təşəbbüs Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq hazırlanıb. Bu çərçivədə Azercell-in bu ilki Tələbə Təqaüdü Proqramı STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Proqram ölkədə İT/İKT, Data Elmi, Analitika, Süni İntellekt və Maşın Öyrənməsi, Robototexnika, Avtomatlaşdırma, Şəbəkə Texnologiyaları, Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi sahələrində ixtisaslaşmış yeni nəsil kadr potensialının formalaşdırılmasına töhfə verməyə yönəlib.

Azercell-in təqaüd proqramında yüksək akademik göstəricilərə malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və 5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və 2-ci kurs tələbələri müraciət edə bilərlər.

Müraciətlər 11.02.2026-cı il tarixinədək qəbul olunur.

“Tələbə Təqaüdü Proqramı” üzrə seçim prosesi müraciətlərin ilkin qiymətləndirilməsi, iştirakçıların bilik və bacarıqlarının dəyərləndirilməsi, eləcə də müsahibə mərhələlərindən ibarətdir.

Seçilən
4
15
aznews.az

10Mənbələr