Türkiyənin “Qalatasaray” komandasının transfer gündəmində son saatlarda bir neçə mühüm dəyişiklik baş verib.
İdman.Biz xəbər verir ki, isveçli yarımmüdafiəçi Mattias Svanberqin “Qalatasaray”a mümkün transferi azarkeşlərin göstərdiyi reaksiya səbəbindən hazırda dayandırılıb. Bu barədə jurnalist Burhan Can Terzi məlumat yayıb. Klub rəhbərliyinin mövqeyə yenidən baxdığı bildirilir.
Eyni zamanda, Krist İnao Oulainin “Qalatasaray”ın transfer siyahısında yer almadığı açıqlanıb.
Digər tərəfdən, “Qalatasaray” Portuqaliyanın “Kasa Pia” klubunda çıxış edən Renato Nhaqa ilə razılıq əldə edib. Futbolçu klublar arasında yekun anlaşmanın əldə olunmasını gözləyir. “Kasa Pia”nın bu transfer üçün 8 milyon avro (16 milyon AZN) tələb etdiyi bildirilir.