Fransa polisi “X” şirkətinin Parisdəki ofisində axtarış aparıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, reyd alqoritmlərin sui-istifadəsi ilə bağlı bir ildən çoxdur davam edən araşdırma çərçivəsində aparılıb.
Əlavə olaraq, Paris prokurorluğu “X” platformasında süni intellekt çatbotu olan “Grok”la bağlı şikayətləri nəzərə alaraq araşdırmaları genişləndirib.
İstintaq, eyni zamanda, “X”-dən uşaq pornoqrafiyası və şəxsi şəkillərin mahiyyətinin “Deepfake” vasitəsilə seksual yöndə dəyişdirilməsi və yayılması üçün istifadə olunması iddiaları da araşdırılır.
Şirkətin sahibi İlon Mask aprelin 20-də dindirilməsi üçün prokurorluğa çağırılıb.
“X” şirkətinin digər əməkdaşları da şahid qismində prokurorluğa dəvət ediliblər.