BAKI, 3 fevral. TELEQRAF
Qızılın qiyməti 2008-ci ilin noyabrından bəri ən böyük günlük artıma doğru irəliləyir.
Teleqraf xəbər verir ki, buna səbəb investorların qiymətli metalları aktiv şəkildə almasıdır.
Hazırda Nyu-York birjasında qızıl və gümüşün qiyməti kəskin bahalaşıb.
COMEX əmtəə birjasında qızıl fyuçersləri 5,94% dəyər qazanaraq 4929 ABŞ dollarına bərabər olub.
Birjada gümüşün unsiya üzrə fyuçersləri isə 12,30% bahalaşaraq 86,40 dollar təşkil edib.