AZ

"İnter" yeni transfer etdi, icarəyə verdi

style='margin-bottom:10px;'>

"İnter" yeni transfer həyata keçirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Milan təmsilçisi "Modena"dan Yanis Massolini transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayınadək müqavilə imzalanıb. Lakin Massolin "İnter"ə bu yay qoşulacaq. Klub onu "Modena"ya cari mövsümün sonunadək icarəyə verib.

Yanis bu mövsüm İtaliya B seriyasında 14 matça çıxıb, 1 qol vurub və 2 qol ötürməsi edib.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr