AZ

Rusiyada FACİƏ: məktəbli elektrik cərəyanı vurmasından ÖLÜB

Ajans.az xəbər verir ki, bu barədə “78” Telegram kanalı fevralın 2-də xəbər yayıb. İlkin məlumata əsasən, 13 yaşlı oğlan vanna qəbul edərkən doldurulan mobil telefonu suya düşüb və nəticədə elektrik cərəyanı vurması baş verib. Valideynlər uşağın meyitini hamam otağında aşkar ediblər. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin səhlənkarlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi açılıb. Hazırda istintaq hərəkətləri aparılır, hadisənin dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.

 

Seçilən
2
Ajans.az

1Mənbələr