BAKI, 3 fevral. TELEQRAF
Qırğızıstan Baş naziri Adilbek Kasıməliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti Şeyx Mansur bin Zayed əl-Nəhyan ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi və prioritet iqtisadi sektorlarda birgə təşəbbüslərin genişləndirilməsi məsələlərini əhatə edib.
Adılbek Kasıməliyev görüşdə Qırğızıstan vətəndaşları üçün vizasız rejimin tətbiqi imkanını nəzərdən keçirilməsi və milli investisiya layihələrini araşdırmaq üçün BƏƏ-nin müvafiq fondlarının nümayəndələrinin Qırğızıstana göndərilməsi təklifini də verib.