Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Honeywell” şirkətiarasında əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbində yaradılanƏməliyyat Texnologiyaları Akademiyasının açılışı olub.
Trend bubarədə SOCAR-a istinadən xəbər verir.
Akademiya SOCAR-ın 2035-ci ilə kimi təsdiqlənmiş KorporativStrategiyasına uyğun olaraq insan kapitalının inkişafı vərəqəmsallaşma istiqamətində növbəti mühüm addım hesab olunur.
Yeni yaradılan Akademiya SOCAR-ın istehsalat sahələrindərəqəmsal transformasiyanın sürətləndirilməsinə, əməliyyattəhlükəsizliyinin və etibarlılığının artırılmasına, eləcə dəmühəndis-texniki heyətin müasir avtomatlaşdırma və idarəetməsistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişafetdirilməsinə xidmət edəcək. Akademiya real istehsalat mühitinisimulyasiya edən müasir təlim infrastrukturu vasitəsilə əməkdaşlaramürəkkəb avtomatlaşdırma proseslərini təhlükəsiz şəraitdə öyrənməkvə sınaqdan keçirmək imkanı yaradır.
Açılış mərasimində qonaqlar təlim-simulyasiya avadanlıqlarınıniş prinsipi, həmçinin mərkəzin təmirdən əvvəlki və sonrakıvəziyyəti barədə ətraflı məlumatlandırılıblar.
Bu təşəbbüs SOCAR-ın istehsalat proseslərinin rəqəmsallaşdırılmasıilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının inkişafınaverdiyi prioritetin, eləcə də gələcəyə və innovasiyaya fokuslananyanaşmasının daha bir real göstəricisidir.
Qeyd edək ki, qlobal texnologiya şirkəti olan “Honeywell”qabaqcıl avtomatlaşdırma, təhlükəsizlik və mühəndislik həlləri üzrəixtisaslaşıb.