AZ

NASA kosmik gəminin uçuşunu təxirə saldı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Artemis II" missiyasının bir hissəsi olaraq "Orion" kosmik gəmisinin sınaq uçuşunun təxirə salındığını bəyan edib.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, mütəxəssislər hazırlıq prosesini hərtərəfli təhlil etmək üçün uçuş fevral ayından marta keçirilib .

Qeyd olunur ki, uçuş meydançasında ikigünlük sınaq zamanı mühəndislər SLS buraxılış vasitəsini uğurla yanacaqla təmin ediblər. Lakin maye hidrogen sızması aşkar edilib və bunun aradan qaldırılması üçün vaxt tələb olunub.

Floridadakı soyuq hava şəraitinin gecikmələrə və avadanlıq problemlərinə səbəb olduğu bildirilir. Buna baxmayaraq, ilkin hazırlıq prosesinin əsas məqsədləri yerinə yetirilib.

Uçuşun təxirə salınması səbəbindən astronavtlar karantindən çıxacaqlar. Onlar yeni buraxılış tarixindən təxminən iki həftə əvvəl təcrid vəziyyətinə qayıdacaqlar.

NASA rəhbərliyi ekipaj təhlükəsizliyinin əsas prioritet olaraq qaldığını vurğulayıb.

Qeyd olunur ki, tam məlumatların təhlili və bütün məsələlərin həllindən sonra son uçuş tarixi təyin olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr