AZ

G7 ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard dollara yaxın kredit ayırıb

Bakı. Trend:

“Böyük Yeddilik” ölkələri (G7) 2025-ci ildə Ukraynaya ERAproqramının (borcların Rusiyanın dondurulmuş aktivlərinin faizlərihesabına bağlanmasını nəzərdə tutan proqram) xətti ilə təqribən 40milyard dollar həcmində kredit ayırıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyininsaytında məlumat dərc olunub.

Bildirilib ki, 2025-ci ildə dövlət büdcəsininmaliyyələşdirilməsinin ən böyük mənbəyi G7 ölkələrindən ERAproqramı üzrə ayrılmış 37,9 milyard dollar həcmində kreditlərolub:

"Bu vəsait qismən dövlət borcu kimi uçota alınır. Bundan əlavə,Avropa İttifaqından (Aİ) 12,1 milyard dollar məbləğindəmaliyyələşmə təmin edilib”.

Qeyd edək ki, bundan əvvəl Aİ ölkələri 2026–2027-ci illərdəUkraynanın maliyyələşdirilməsini 90 milyard avro səviyyəsində təminetmək barədə qərar qəbul ediblər.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr