AZ

Ötən ay 17 nəfər qanunsuz sərhəd keçməyə cəhd edərkən saxlanılıb

Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb. Onların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşı оlub...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq hesabatında məlumat verilir.

Bildirilir ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 3 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 117 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Poliqon.info

Seçilən
14
17
poliqon.info

10Mənbələr