AZ

Adı "Epişteyn işi"ndə hallanan Elmar Məmmədyarov: "Mənim vəzifəm ondan ibarət idi ki, görüşüm"

ABŞ-nin Ədliyyə Nazirliyi tərəfindən açıqlanan və milyarder Cefri Epşteynin beynəlxalq əlaqələrini əhatə edən geniş sənəd paketində Azərbaycanın da adı çəkilir.

Sənədlərdə Bakıya mümkün səfər planları, ABŞ Konqresinin nümayəndə heyətlərinin Azərbaycana gəlişi ilə bağlı yazışmalarla yanaşı, sabiq xarici işlər naziri Elmar Məmmədyarovun da adı hallanır. Qeyd olunur ki, 2014-cü ildə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti Bakıda parlament üzvləri və o dövrdə xarici işlər naziri olmuş Elmar Məmmədyarovla görüşüb.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov Cefri Epşteynlə görüşmədiyini bildirib:

“Mən Epşteyn ilə görüşməmişəm. Mən heç bilməmişəm ki, Epşteyn Azərbaycana, Bakıya səfər edib. Ona görə görə mənim Epşteyn ilə hər hansı bir əlaqəm olmayıb. Mənim onunla görüşüm, ümumiyyətlə, yalan sözdür.

O məlumatda demirlər ki, Epşteyn Elmar Məmmədyarovla görüşüb. Onlar yazırlar ki, hansısa yüksək səviyyəli siyasi məmurlarla Azərbaycana gəlmişlər. Əlbəttə ki, o, Konqresin üzvü olsa, vəzifəyə görə mən onları qəbul edirdim. Amma Epşteynin özü və ya onun qardaşı ilə görüşməmişəm. Onları nə tanıyıram, nə də “Salam əleykumum” var".

Sabiq nazir Sultan Əhməd bin Sulayemi ilə bağlı iddialara da cavab verib:

"Onu isə tanımıram. Bilmirəm görüşmüşəm onunla, ya yox. Onu XİN-nin saytında yoxlaya bilərsiniz. Bütün görüşləri, fotoşəkilləri çəkirdilər və ondan sonra mətbuata verilirdi.

O yadımda deyil. Çünki mənim vəzifəm ondan ibarət idi ki, görüşüm. Amma Epşteynlə görüşməmişəm. Ərəb Əmirliklərindən biznesmen isə yadımda deyil ki, görüşmüşəm”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr