Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısından bəhrələnən, Vətənimiz Azərbaycana xidmət etmək qürurunun daşıyıcısı olan sərhədçilər çətin relyefə malik ərazilərdə sərt iqlim şəraitində xidməti vəzifələrini şərəflə yerinə yetirir, dövlət sərhədlərinin mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqları yüksək səviyyədə icra edirlər.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX struktur qurumlarında və hərbi hissələrində sərhəd bölmələri arasında fasiləsiz əlaqə saxlanılır, məlumat mübadiləsi aparılır. Xidmət zamanı hər hansı fövqəladə hal yaranarsa operativ qarşısının alınması məqsədilə ehtiyat qüvvə və vasitələr hazır vəziyyətdə saxlanılır, zəruri koordinasiya tədbirləri həyata keçirilir.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */






