"Atletiko" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Elçe"dən Rodriqo Mendosanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Atletiko" İspaniya U-21 millisinin üzvü üçün onun klubuna 16 milyon avro təzminat ödəyib. 20 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rodriqo Mendosa "Elçe"nin yetirməsidir. Gənc futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi