Bakı.Trend:
Cari ilin yanvar ayı ərzində işğaldan azad olunan ərazilər üzrəümumilikdə 435 yaşayış məntəqəsi və biznes subyektitelekommunikasiya xidmətləri ilə təmin edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dənməlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı”na əsasən, AZCON Holdinq şirkətlərindən olan“Aztelekom” MMC tərəfindən fəaliyyət ardıcıl şəkildə həyatakeçirilir:
"Azad edilən ərazilərdə ümumilikdə 9 şəhər, 28 kənd və qəsəbədərabitə infrastrukturu qurulub. Bu ərazilərdə 7,937 yeni abunəçi (evtəsərrüfatı və biznes subyektləri) şəbəkəyə qoşulub.
Ərazilərdə quraşdırılmış 29 OLT (Optik Xətt Terminalı)avadanlığı vasitəsilə müasir GPON (Qiqabit Tutumlu Passiv OptikŞəbəkə) texnologiyası üzərindən sabit və sürətli internetbağlantısı yaradılıb".
“Aztelekom” MMC-dən əlavə edilib ki, Qarabağ regionu üzrəlayihənin nəzərdə tutulan mərhələsi çərçivəsində planlaşdırılmış 25magistral xəttin tikintisi üzrə işlər başa çatdırılıb. Ümumiuzunluğu 1000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkəbölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyinitəmin edən əsas baza rolunu oynayır.