AZ

Cavid İmamverdiyev "Şəki"dən ayrıldı - RƏSMİ

"Şəki" Cavid İmamverdiyevlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cavid İmamverdiyev mövsümün əvvəlindən "Şəki"də çıxış edirdi. O, cari mövsümdə 2-ci liqada 16 qol vurub.

Seçilən
9
football-plus.az

1Mənbələr