AZ

Gözlənilməz dönüş: İran ABŞ-a böyük güzəştə getməyə hazırdır

İran ABŞ ilə qarşıdurmanın kəskinləşməsinin qarşısını almaq üçün nüvə proqramını bağlamaq və ya müvəqqəti dayandırmaq imkanını nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times iranlı və amerikalı rəsmilərə istinadən yazır.

Mənbələrin məlumatına görə, Tehran ötən il Vaşinqton tərəfindən irəli sürülmüş nüvə enerjisinin istehsalı üzrə regional konsorsiumun yaradılması təklifini qəbul etməyə daha meyllidir. Hazırda ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi mümkün razılaşmanın detalları üzrə yazışma yolu ilə müzakirələr aparırlar.
 

Bundan əlavə, İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani son günlər Rusiya prezidenti Vladimir Putinlə görüşərək ali lider ayətullah Əli Xameneinin mesajını ona çatdırıb. Mesajda bildirilir ki, İran zənginləşdirilmiş uranın Rusiyaya göndərilməsinə razı ola bilər. Bu variant 2015-ci il beynəlxalq razılaşmasında nəzərdə tutulmuşdu, lakin Donald Tramp sonradan həmin sazişdən çıxmışdı.


Məlumata görə, Türkiyə, Misir, Oman və İraqdan olan diplomatlar da regionda eskalasiyanın qarşısını almaq məqsədilə tərəflərlə aktiv danışıqlar aparırlar. İki iranlı rəsminin sözlərinə görə, yaxın vaxtlarda Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani diplomatik missiya ilə İrana səfər edib.

Bizim.Media

Seçilən
15
1
bizim.media

2Mənbələr