AZ

Epşteyn Putinlə də görüşmək istəyib?

Kreml Ceffri Epşteyndən Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün heç bir təklif almayıb.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyanat yayıb.

O, mətbuata açıqlamasında bəzi media orqanları tərəfindən yayılan Epşteynin dəfələrlə Avropa Şurasının o vaxtkı baş katibi Torbyorn Yaqlanda Rusiya lideri ilə görüşmək istəyini bildirməsi ilə bağlı iddiaları təkzib edib.

Qeyd edək ki, "KP.ru" saytının məlumatına görə, Britaniya Epşteynin Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələrinin ola biləcəyini iddia edib.

Seçilən
0
publika.az

1Mənbələr