AZ

Adı Epişteyn işi də hallanan Elmar Məmmdəyarov: Mənim vəzifəm ondan ibarət idi ki, görüşüm

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-nin Ədliyyə Nazirliyi tərəfindən açıqlanan və milyarder Cefri Epşteynin beynəlxalq əlaqələrini əhatə edən geniş sənəd paketində Azərbaycanın da adı çəkilir. Sənədlərdə Bakıya mümkün səfər planları, ABŞ Konqres nümayəndə heyətlərinin Azərbaycana gəlişi ilə bağlı yazışmalarla yanaşı, sabiq xarici işlər naziri Elmar Məmmədyarovun da adı hallanır. Qeyd olunur ki, 2014-cü ildə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti Bakıda parlament üzvləri və o dövrdə xarici işlər naziri olmuş Elmar Məmmədyarovla görüşüb. Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov Cefri Epşteynlə görüşmədiyini bildirib. “Mən Epşteyn ilə görüşməmişəm. Mən heç bilməmişəm ki, Epşteyn Azərbaycana, Bakıya səfər edib. Ona görə görə mənim Epşteyn ilə hər hansı bir əlaqəm olmayıb. Mənim onunla görüşüm, ümumiyyətlə, yalan sözdür. O məlumatda demirlər ki, Epşteyn Elmar Məmmədyarovla görüşür. Onlar yazırlar ki, hansısa yüksək səviyyəli siyasi məmurlarla Azərbaycana gəlmişlər. Əlbəttə ki, o Konqresin üzvü olsa, mən vəzifəyə görə mən onları qəbul edirdim. Amma Epşteynin özü ilə və ya onun qardaşı ilə mən görüşməmişəm. Onları nə də tanıyıram, nə də “Salam əleykumum” var. Sultan Əhməd bin Sulayemi isə tanımıram. Bilmirəm görüşmüşəm onunla ya yox. Onu yoxlaya bilərsiniz XİN-nin saytında. Bütün görüşləri və fotoşəkilləri çəkirdilər və ondan sonra mətbuata verilirdi. O yadımda deyil. Çünki mənim vəzifəm ondan ibarət idi ki, görüşüm. Amma Epşteynlə görüşməmişəm. Ərəb Əmirliklərindən biznesmeni ilə də yadımda deyil ki, görüşmüşəm”. Əfsanə Rəcəb “Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr