Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Türkiyədə məşhurların iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat digital platformalar dünyasında böyük rezonans doğurub. Daha əvvəl Mika Can Raun’un həbs olunması ilə başlayan proses, indi isə cinsiyyətini dəyişmiş gənc fenomen Arya Bektaşın gözaltına alınması ilə davam edib. Sosial mediada “Arya Bektaş kimdir?” sualı milyonlarla istifadəçinin diqqətini çəkib.Demokrat.az-ın məlumatına görə, Arya Bektaş 20 may 2001-ci ildə İstanbulda doğulub. Təhsilini eyni şəhərdə tamamlayan gənc fenomen, digital platformalarda paylaşılan vizual makiyaj videoları ilə qısa zamanda geniş izləyici kütləsi toplayıb. Sosial mediada yalnız məzmun istehsalçısı olmaqla kifayətlənməyən Arya zamanla güclü şəxsi brendini yaradıb və influencer layihələri ilə karyerasını inkişaf etdirib.Arya Bektaş İstanbul Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik əməliyyatı çərçivəsində gözaltına alınıb. Polis əməliyyatı zamanı fenomen Mükremin Gezgin də saxlanılıb. Şübhəli, narkotik maddə istifadə və təmin etmə ittihamı ilə ifadə verib.Əməliyyatın əvvəlki mərhələsində pop ulduz Aleyna Tilki, aktrisa İrem Sak, fenomen Danla Bilic və digər məşhurlar idarəyə aparılıb. Yanvar ayında Şeyma Subaşı sərbəst buraxılıb, komediyaçı Hasan Can Kaya, Reynmen və Çakalın ifadəsi alınıb. Keçmiş futbolçu Ümit Kara isə həbs edilib.Qeyd edək ki, 2001-ci ilin may ayında doğulan Arya Bektaş cinsiyyətini dəyişdikdən sonra fenomen makiyaj mütəxəssisi və digital məzmun yaradıcı kimi fəaliyyət göstərir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.