AZ

Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 141 mlrd. manatı ötüb

2025-ci ildə Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 141 milyard 330 milyon manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 20.4% və ya 23 milyard 918 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 80.9 milyard manatı elektron ticarət vasitəsi ilə, 44 milyard manatı bankomatlar vasitəsi ilə, 12.6 milyard manatı POS-terminallar vasitəsi ilə, 3.8 milyard manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, 2026-cı ilin yanvar ayının 1-nə Azərbaycanda 19 milyon 904 min ədəd debet kartı olub.

Seçilən
9
7
apa.az

10Mənbələr