Azərbaycan 2-ci Liqa təmsilçisi "Xankəndi" mövsümün ikinci hissəsinə hazırlığını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, turnir cədvəlində lider "Qaradağ Lökbatan"dan əlavə göstəricilərə görə geri qalan (hər iki komandanın 39 xalı var) Qarabağ təmsilçisi 2-ci Liqanın iddialı komandalarından olan "Şirvan" ilə yoxlama oyununa çıxacaq.
Fevralın 9-da baş tutacaq qarşılaşmanın yeri hələ müəyyənləşməyib. Bununla belə, tərəflərin Bakıda üz-üzə gələcəyi dəqiqdir. Oyun saat 14:00-da start götürəcək.
"Xankəndi" yanvarın 29-da keçirdiyi yoxlama oyununda "Səbail"ə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Qarabağ təmsilçisi qış fasiləsində Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib. Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.
Mirağa