AZ

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib. "Avstraliya hökuməti 20 İran vətəndaşına və üç quruma qarşı əlavə sanksiyalar tətbiq edib. Qadağalara İran xalqına qarşı zülmdə, daxili etirazların qəddarcasına yatırılmasında, həm ölkədə, həm də xaricdə həyati təhdid törədilməsində iştirak edən SEPAH-ın yüksəkvəzifəli şəxsləri daxildir", - deyə nazir diqqətə çatdırıb. Nazir həmçinin deyib ki, daha əvvəl Avstraliya 300-dən çox İran vətəndaşı və təşkilatına qarşı da sanksiyalar tətbiq edib.
Seçilən
2
1
Ajans.az

2Mənbələr