AZ

Bundan sonra təxminən 5 min əsgər evinə qayıtdı

İstanbulda aparılan danışıqlar nəticəsində may ayından bəri təxminən 5000 əsgər əsirlikdən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Segey Lavrov bəyanat yayıb.

Onun sözlərinə görə,may ayından etibarən 2300-dən çox rus əsgəri və 170-dən çox rus mülki vətəndaşı, eləcə də təxminən 2400 ukraynalı əsgər və 170-dən çox ukraynalı mülki şəxs evinə qayıdıb.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Ukrayna böhranını həll etmək üçün İstanbul Platforması yaradılıb. Bu platformada bir çox humanitar məsələlər həll edilib. Bu platforma hələ də Moskva üçün aktualdırmı?", - deyə Lavrov qeyd edib.

O, atəşkəsin monitorinqi və nəzarəti üçün ikitərəfli mərkəzin, eləcə də hərbi, siyasi və humanitar məsələlərin həlli üçün işçi qruplarının yaradılmasını təklif etdiklərini bildirib.

Seçilən
7
1
publika.az

2Mənbələr